AZ

İcra hakimiyyətinin başçısı

Usubov Şahmar Şahhüseyn oğlu 1953- cü il avqust ayının 4-də DQMV-nin Xocalı kəndində anadan olmuşdur. 1960-cı ildə Xocalı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1970-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1970-1971-ci illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləmişdir. 1971-1972- ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olmuşdur. 1972-1974-cü illərdə Buryatiya MSSR- də hərbi xidmətdə olmuşdur. 1974-1979 cu illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Maddi -Texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinin iqtisadçı ixisasının qiyabi şöbəsini bitirib. 1974-1975- ci illərdə Xocalı 2 №- li sovxozda fəhlə işləmişdir. 1975-1979-cu illərdə Şuşa şəhər 1 №- li təcridxanada böyük mühasib işləmişdir. 1979-1990-cı illərdə Xocalı Tərəvəzşilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləmişdir. 1990- cı ildən 1998- ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində işləmişdir. 1998-1999- cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləmişdir. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləmişdir. 12.05.2000-ci ildən 16.12.2000- ci ilədək «Seyhun» şirkətində icraçı direktor işləmişdir. 2000- ci ilin dekabr ayının 21- dən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir. 

Ünvan: Azərbaycan Respublikası, Goranboy rayonu, Ağcakənd qəsəbəsi
Telefon: (+994 022) 247 45 55
Fax: (+994 022) 247 45 55
E-mail: mail@xocali-ih.gov.az

Xəbəri paylaş:

Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
Kimin qəbuluna yazılmaq istəyirsiniz?
*Qəbula düşmənin əsas mövzusu
*Soyad, ad və ata adınız
*Təvəllüd
E-poçt
Telefon
Ünvan
Məzmun

Şəkildəki simvolları daxil edin
Göndər
Axtar
© 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur