AZ

Rayon Təhsil Şöbəsində görülən işlər haqqında məlumat

2012 - 2013-cü tədris ilində Xocalı RTŞ tabeliyində 12 tam orta, 1 ibtidai məktəb, 1 UYM, 3 Körpələr evi və uşaq bağçası Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 7 bölgədə (Bakı ş, Gəncə ş, Bərdə ş, Şəki ş, Hacıkənd qəsəbəsi, Goranboy rayonu, Oğuz rayonu) fəaliyyət göstərmişdir. 6 tam orta məktəb, 2 Körpələr evi və uşaq bağçası "Qaçqın və məcburi köçkülərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması" Dövlət Proqramı çərçivəsində tikilmiş müasir tipli yeni binalarda fəaliyyət göstərir. Digər təhsil müəssisələri isə yerli məktəb binalarında və ya uyğunlaşdırılmış tikililərdə fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində ümumtəhsil müəssisələrində 1375 nəfər şagirdin təhsili ilə 272 nəfər müəllim, Xocalı şəhər 1 saylı,2 saylı Körpələr evi, uşaq bağçası və Meşəli kənd uşaq bağçasında 125 uşağın təlim-tərbiyəsi ilə 16 nəfər tərbiyəçi məşğul olmuşdur. Hacıkənd qəsəbəsində 3 tam orta məktəbdə təhsil alan şagirdlərdən 150 nəfəri dərsdən sonra UYM-dəki dərnəklərə cəlb olunmuşdur.

2012-2013-cü dərs ilində Xocalı şəhər 1 saylı, 4 saylı, Meşəli kənd, Yaloba kənd tam orta məktəblərin II, III siniflərində pilot olaraq şahmat fənni tədris olunur. Şahmat fənnini tədris edən müəllimlər 2012-ci ilin yay dövründə təlim kursundan keçmişlər.

20 yanvar faciəsinin 22-ci ildönümü, Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə məktəblilər arasında inşa, rəsm müsabiqələri, dəyirmi masalar, toplantılar təşkil olunmuş, bu faciələrə həsr olunmuş xüsusi dərslər keçirilmiş, məktəblilərin şəhid ailələri ilə görüşləri təşkil olunmuşdur. Məktəblilər məskunlaşdıqları bölgələrdə şəhidlər xiyabanını, soyqırım muzeyini ziyarət etmişlər. Xocalı soyqırımının 20-ci ildönümü münasibəti ilə xarici ölkələrdə keçirilən tədbirlərdə rayon müəllimlərindən 6 nəfəri iştirak etmişdir.

Xocalı rayon Kosalar kənd tam orta məktəbin IX sinif şagirdi Əkbərov Faiq Murad oğlu məktəblilər arasında ifa nominasiyası üzrə keçirilən müsabiqənin respublika mərhələsində II yerə layiq görülmüşdür. Faiq Əkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2012-ci ilin yanvarında Goranboy rayonuna səfəri zamanı ölkə Başçısı qarşısında çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq N.Gəncəvi, M.Ə.Sabir, H.Cavid, Ə.Cavadın, M.F.Axundzadə, F.Əmirovun yubileyləri münasibəti ilə 2012-ci il ərzində Xocalı rayonu ümumtəhsil məktəblərində çoxsaylı tədbirlər, inşa müsabiqələri və yığımncaqlar keçirilmişdir. Nizami Gəncəvini 870 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Xocalı şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Səlimov Fərid Fərhad oğlunun M.Ə.Sabir haqqında yazdığı inşa yazısı Təhsil Nazirliyi tərəfindən III yerə layiq görülmüşdür.

Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası "Gənc xilasedici və yanğınsöndürən" yarşının zona mərhələsində II yerə layiq görülmüş və respublika mərhələsində fəal iştirak etmişlər.

Lider Qadılar Birliyi tərəfindən "Qarabağ məktəblilərin gözü ilə" devizi altında keçirilən inşa müsabiqəsinin respublika mərhələsində Xocalı şəhər 1 saylı tam orta məktəbinin IX sinif şagirdi İmanova Günay Elmidar qızı II yerə layiq görülmüş diplom və pul mükafatı ilə mükafatlandırılmışdır.

2012-ci ilin may ayında Xocalı rayon Gənclər və İdman İdarəsi ilə birgə rayonumuzun 5 məktəbinin komandası arasında Azərbaycan tarixindən bilik yarışı, futbol yarışı və şən startlar idman yarışı keçirilmişdir.

2010-2011-ci tədris ilinin sonunda IX siniflər üzrə imtahan verən112 şagirdin 109 nəfəri, XI siniflər üzrə imtahan verən 82 şagirdin 76 nəfəri imtahanlardan müvəffəq qiymət almışlar. XI sinif məzunlarından 63 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişlər. Onlardan 3 nəfəri 500-dən yuxarı bal toplamışdır.Əvvəlki illərdə rayonun təhsil müəssisələrini bitirib ali məktəblərdə təhsil alan məzunlardan 3 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplamışdır. Onlardan 2 nəfəri Prezident təqaüdçüləridir.

UŞAQ BAĞÇASI
Xocalı şəhər 1 saylı Körpələr evi və Uşaq bağçası 2009-cu ildən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müasir tipli binada fəaliyyət göstərir.
Bina 2 korpusdan ibarətdir.

Körpələr evi və Uşaq bağçasında 3 qrup var
3 qrupda 55 uşağa xidmət edilir.
I qrupda-1 yaşdan 3 yaşa qədər-15 uşaq
II qrupda -3 yaşdan 6 yaşa qədər-20 uşaq
III qrupda - 3 yaşdan 6 yaşa qədər-20 uşaq.

Bağçada 19 nəfər işçi çalışır.
Müdir-1 nəfər.
Tərbiyyəçi müəllim-6 nəfər.
Tibb işçisi-1 nəfər.
Sanitar dayə-3 nəfər.
Aşpaz-1 nəfər.
Təsərrüfat müdiri-1 nəfər.
Texniki işçi-5 nəfər.
Musiqi müəllimi - Vakant.

Xocalı şəhər 2 saylı Körpələr evi və Uşaq bağçası 2012-ci ildən Goranboy şəhərində müasir tipli binada fəaliyyət göstərir.
Bina 2 korpusdan ibarətdir.

Körpələr evi və Uşaq bağçasında 3 qrup var
3 qrupda 55 uşağa xidmət edilir.
I qrupda-1 yaşdan 3 yaşa qədər-15 uşaq
II qrupda -3 yaşdan 6 yaşa qədər-20 uşaq
III qrupda - 3 yaşdan 6 yaşa qədər-20 uşaq.

Bağçada 19 nəfər işçi çalışır.
Müdir-1 nəfər.
Tərbiyyəçi müəllim-6 nəfər.
Tibb işçisi-1 nəfər.
Sanitar dayə-3 nəfər.
Aşpaz-1 nəfər.
Təsərrüfat müdiri-1 nəfər.
Texniki işçi-5 nəfər.
Musiqi müəllimi - 1 nəfər.

Xocalı rayon Meşəli kənd Uşaq bağçası Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ətrafında salınan Meşəli qəsəbəsində fəaliyyət göstərir.
Bağça uyğunlaşdırılmış binada 7 otaqdan ibarətdir.
Bağçada 1 qrupda 15 uşaq var.
Bağçada 6 nəfər işçi çalışır.
Müdir-1
Tərbiyyəçi müəllim-1
Sanitar dayə-1
Aşpaz-1
Xadimə-1
Gözətçi-1

 

Xəbəri paylaş:

Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
Kimin qəbuluna yazılmaq istəyirsiniz?
*Qəbula düşmənin əsas mövzusu
*Soyad, ad və ata adınız
*Təvəllüd
E-poçt
Telefon
Ünvan
Məzmun

Şəkildəki simvolları daxil edin
Göndər
Axtar
© 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur