AZ

Mədəniyyət

Xocalı şəhidlərini əks etdirən muzey, Tarixdiyarşünaslıq muzeyi və kitabxanalar haqqında
Xocalı şəhidlərini əks etdirən muzey 26 fevral 2010- cu ildən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Xocalı küçəsinin kəsişməsindəki küçədə 95 nömrəli evdə yerləşir. Muzeyin sahəsi 62 kvm - dir. Muzeydə müxtəlif növ eksponatlar vardır. 16 ədəd xocalı soyqırımına aid fotoşəkillər, 7 ədəd Xocalı xatirələrini əks etdirən fotoşəkillər, 12 ədəd Milli Qəhrəmanlarımızın şəkilləri, rayon üzrə şəhid olanların şəkilləri 96 ədəd (22- si polis şəkilləri), Xocalı rayonunu inzibati xəritəsi və Xocalı şəhərinin planı 1 ədəd, 26 fevral Xocalı soyqırımını əks etdirən 1 ədəd böyük stent, Bakı şəhərindəki Xocalı abidəsini əks etdirən böyük 1 ədəd stent vardır.
Muzeyə il ərzində orta hesabla 2700 nəfər ziyarətə gəlir, bunlardan il ərzində orta hesabla 800 nəfəri məktəblilərdən ibarətdir. Muzeydə xatirə kitabı açılmışdır. Bu vaxta qədər 18 nəfər rəsmi qonaqlar öz ürək sözlərini və təkliflərini xatirə kitabına yazmışlar. Muzeyin ümumi vəziyyəti normaldır və təmirə ehtiyacı yoxdur.
Rayonda 1 Mərkəzi Kitabxana və 14 kitabxana filialları fəaliyyət göstərir. Mərkəzi Kitabxana 2012- ci ildən Aşağı Ağcakənd qəsəbəsində fəaliyyətdədir. Kosalar kəndindəki 2 kitabxana Yaloba kənd Mədəniyyət evində, Kərkicahan qəsəbə kitabxanası Kərkicahan qəsəbə klubunda, Cəmilli kitabxanası Cəmilli İcra nümayəndəliyində, Meşəli kitabxanası Meşəli qəsəbəsindəki kitabxana binasında yerləşir. Digər kitabxanalar isə şəxsi evlərdə fəaliyyət göstərirlər.
Yeni salınmış qəsbələrdə 3 kitabxana fəaliyyət göstərir. (Aşağı Ağcakənd, Börü və Meşəli). Kitabxanalardan 4- ü tam təmirlidir (Cəmilli, Kərkicahan, MKS və Meşəli kitabxanaları). 11 kitabxananın təmirə ehtiyacı vardır. Rayon üzrə bütün kitabxanalar istilik sistemi ilə təchiz edilmişdir. Mərkəzləşmiş Kitabxana Sisteminin maliyyələşməsi Mədəniyyət və Turizm şöbəsi tərəfindən, kənd kitabxanalarının maliyyləşməsi isə kənd icra nümayəndəlikləri tərəfindən ödənilir. Ümumilikdə bütün kitabxanalarda 50 nəfər işçi çalışır. Rayon üzrə oxucu sayı 4700 nəfər, daimi oxucu sayı isə 3480 nəfər təşkil edir. Kitabxanalarda rayon üzrə 50294 ədəd kitab vardır. (Bunlardan 23567 ədəd kiril, 26727 ədəd isə latın qrafikalı kitablardan ibarətdir).

Müxtəlif illərdə rayon kitabxanalarına gətirilən kitabların sayı aşağıdakı kimidir:

- 2005- 2006- cı illərdə 12010 ədəd.

- 2007- 2008 -ci illərdə 9575 ədəd.

- 2009- 2010- cu illərdə 4000 ədəd.

- 2011-ci ildə 1142 ədəd kitab.

- 2012-ci ildə isə 254 ədəd kitabxanalara verilmişdir.

1991-ci ildən etibarən Yaloba kənd Tarixdiyarşünaslıq muzeyi fəaliyyət göstərir.Muzeyin sahəsi 70 kvm-dir.Muzeydə 10 işci çalışır.Ümumilikdə muzeydə 1200 ədəd müxtəlif növ eksponatlar vardır.Bunlardan 70-i maddi-məişət əşyaları,Heydər Əliyev bölməsi,Şəhidlərlə bağlı bölmə,Milli qəhrəmanlarla bağlı bölmə, Müstəqilliklə bağlı bölmə,50 ədəd müxtəlif növ qəzetlər və 40 ədəd kitablar vardır.İl ərzində orta hesabla muzeyi 2600 nəfərdən çox insanlar ziyarət edir.

Xocalı şəhər 4 №li tam orta məktəbinin kitabxanası haqqında
Xocalı şəhər 4 №li tam orta məktəbinin kitabxanası 15.09.2003-cü ildən Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yaradılmışdır.Kitabxana otağının sahəsi 20 kvm-dir.Kitabxana fərdi qazanxana ilə qızdırılır və heç bir təmirə ehtiyac yoxdur.Məktəbin kitabxanasında 1 nəfər işçi çalışır.Kitabxanada 3840 ədəd kitab, o cümlədən 2840 ədəd dərslik və 1000 ədəd bədii ədəbiyyat vardır.Kitabxanada oxucu müəllim sayı 28 nəfər, oxucu şagird sayı 206 nəfərdir.Bunlardan 16 nəfər müəllim və 173 nəfər şagird daimi oxuculardır.Kitabxananın maliyyələşməsi Xocalı rayon Təhsil Şöbəsi vasitəsi ilə həyata keçirilir.

Xocalı rayon uşaq musiqi məktəbləri haqqında ümumi məlumat.

1 saylı uşaq musiqi məktəbi:
Yeni tikilmiş inzibati binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Goranboy rayonu ərazisində yeni salınmış qəsəbədə, musiqi məktəbi yüksək standartlara cavab verən müasir məktəbdə fəaliyyət göstərir.
Müəllimlərin sayı 40 nəfər, texniki işçilər 5 nəfər, şagirdlər 130 nəfər. Qəbul 30, buraxılış 18 nəfər.
Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, xor kollektivi.
Nailiyyətləri: Ümumrespublika üzrə keçirilən festivallarda müxtəlif yerlərə layiq görülmüşlər.

2 saylı uşaq musiqi məktəbi
Uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Bakı şəhər Pirşağı qəsəbəsi
Müəllimlərin sayı 27, texniki işçilər 2, şagirdlər125 nəfər. Qəbul 25, buraxılış 14 nəfər.
Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, kamança.

3 saylı uşaq musiqi məktəbi
Yeni tikilmiş inzibati binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi.
Müəllimlərin sayı 38, texniki işçilər 1, şagirdlər 140. Qəbul 30, buraxılış 24 nəfər.
Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, kamança, saz.

Xəbəri paylaş:

Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
Kimin qəbuluna yazılmaq istəyirsiniz?
*Qəbula düşmənin əsas mövzusu
*Soyad, ad və ata adınız
*Təvəllüd
E-poçt
Telefon
Ünvan
Məzmun

Şəkildəki simvolları daxil edin
Göndər
Axtar
© 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur