AZ
Bu gün 25.07.2017          12:58
*Məktubun əsas mövzusu
*Soyad, ad və ata adınız
*Yaşadığınız şəhər
E-mail
Telefon
Ünvan
Məzmun

Faylı yükləyin
    Şəkildəki simvolları daxil edin
    Göndər
    Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi
    05.05.2016   | Visits: 25çap versiyası

    Heydər Əliyev

    Vikipediya, açıq ensiklopediya
    Ümumi lider Heydər Əliyev
    Ümumi lider Heydər Əliyev
    Bayraq
    Azərbaycan Respublikasının
    3-cü prezidenti
    Bayraq
    10 oktyabr 1993 — 31 oktyabr 2003
    AR Prezidentinin səlahiyyətini həyata keçirən AR Ali Sovetinin sədri: 24 iyun[1] – 10 oktyabr 1993
    Baş nazir:Surət Hüseynov
    Fuad Quliyev
    Artur Rasizadə
    İlham Əliyev
    Sələfi:Əbülfəz Elçibəy
    Xələfi:İlham Əliyev
    Bayraq
    Azərbaycan Respublikası Ali Sovetinin 4-cü Sədri
    Bayraq
    15 iyun 1993[2] — 5 noyabr 1993[3]
    Sələfi:İsa Qəmbərov
    Xələfi:Rəsul Quliyev
    Bayraq
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
    Bayraq
    3 sentyabr 1991 — 15 iyun 1993
    Sələfi:Əkbər Əliyev[4]
    Xələfi:Vasif Talıbov
    Bayraq
    Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Soveti Sədrinin Birinci müavini
    Bayraq
    24 noyabr 1982 — 23 oktyabr 1987
    Bayraq
    Sovet İttifaqı Kommunist PartiyasıMərkəzi Komitəsi Siyasi Bürosunun üzvü
    Bayraq
    22 noyabr 1982 — 21 oktyabr 1987
    Bayraq
    Azərbaycan KP MK-nın 11-ci birinci katibi
    Bayraq
    14 iyul 1969 — 3 dekabr 1982
    Sələfi:Vəli Axundov
    Xələfi:Kamran Bağırov
    Bayraq
    SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini
    Bayraq
    1974 — 1979
    Bayraq
    Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
    Bayraq
    21 iyun 1967 — 14 iyul 1969
    Sələfi:Semyon Sviqun
    Xələfi:Vitali Krasilnikov
     
    Partiya:1) Pin of the Flag of CPSU.png Sovet İttifaqı Kommunist Partiyası (1945-1991)
    2) YAP-loqo.jpg Yeni Azərbaycan Partiyası(1992-2003)
    Təhsili:1) Azərbaycan Sənaye İnstitutu
    2) Azərbaycan Dövlət Universiteti
    Dini:İslam
    Təvəllüdü:10 may 1923
    Flag of Transcaucasian SFSR.svg NaxçıvanZaqafqaziya SFSR,SSRİ
    Vəfatı:12 dekabr 2003 (80 yaşında)
    Flag of the United States.svg KlivlendOhayoABŞ
    Dəfn yeri:I Fəxri Xiyaban
    Həyat yoldaşı:Zərifə Əliyeva
    Uşaqları:oğlu: İlham Əliyev qızı: Sevil Əliyeva
     
    Saytı:Heydər Əliyev Fondu
     
    İmzası:İmzası
     
    Mükafatları:
    Hero of Socialist Labor medal.png Hero of Socialist Labor medal.png
    "Dövlət nişanı" ordeni (Türkiyə)
    "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni
    "Oktyabr İnqilabı" ordeni
    Vətən Müharibəsi Ordeni
    "Qırmızı Ulduz" ordeni

    Heydər Əlirza oğlu Əliyev (d. 10 may 1923NaxçıvanZSFSR,[5] SSRİ — ö.  12 dekabr 2003, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,[6] Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), "Ulu öndər"[7] və "Azərbaycan xalqının ümummilli lideri"[8] titullarının rəsmi daşıyıcısı.

     

     

    Həyatı[redaktə | əsas redaktə]

    Ümumilli lider Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9] 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.[10]

    Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isəAzərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[13][14] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[15]

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[16] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[17] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[18]

    Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,[19] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[20]Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.[21][22]

    Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[23]

    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[24]

    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[25] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[26]

    Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[27]

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[28] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[29] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[30]

    1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

    Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[31]

    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[32]

    Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[33]

    Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[34] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

    2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyiniİlham Əliyevin xeyrinə geri götürmüşdü.[35][36]

    Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[37]

    Xəbəri paylaş:
    
    Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
    Kimin qəbuluna yazılmaq istəyirsiniz?
    *Qəbula düşmənin əsas mövzusu
    *Soyad, ad və ata adınız
    *Təvəllüd
    E-poçt
    Telefon
    Ünvan
    Məzmun

    Şəkildəki simvolları daxil edin
    Göndər
    Axtar
    Təqvim üzrə axtarış
    Axtar
    Bütün arxiv
    © 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
    Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur