AZ
Bu gün 22.09.2017          13:56
*Məktubun əsas mövzusu
*Soyad, ad və ata adınız
*Yaşadığınız şəhər
E-mail
Telefon
Ünvan
Məzmun

Faylı yükləyin
    Şəkildəki simvolları daxil edin
    Göndər
    18 may " Qara Paltarlı qadın " tamaşası
    18.05.2016   | Visits: 25çap versiyası

    15 May beynəlxalq ailə günüdür

    15-05-2012 | 12:13        

     

      

    15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.

    Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi"ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. 

    Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələrailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri sönmüş ümidlərə işıq verir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban Əliyeva bu xoşagəlməz meyllərin aradan qaldırılması istiqamətində də bir sıra təşəbbüs və ideyaların müəllifi kimi də diqqəti çəkir. Az-nın Birinci xanımı uşaq evlərində valideyn himayəsindən uzaq böyüyən gənclərin toy mərasimlərini təşkil edir, bu şənliklərə qatılır, gənclərə xeyir-dua verir, bununla da onların sabaha inamını gücləndirir. Mehriban Əliyevanın kimsəsiz uşaqlarla bağlı unudulmaz tədbirlərindən biri də onun təşəbbüs və dəstəyi ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binalarının tikilməsidir. Bununla da ictimai narahatlığa səbəb olan ciddi bir problemin həllinə yol açıldı: uşaq evlərini tərk edən qızlar taleyin acısı ilə baş-başa qalmadılar, öz arxalarında onları müdafiə edən böyük bir qüvvənin olduğunu gördülər. Son dərəcə ağır və qlobal əhəmiyyətli bu layihənin reallaşması məhz Azərbaycanın Birinci xanımının diqqəti sayəsində mümkün oldu.

    Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.

     

    Xəbəri paylaş:
    
    Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
    Kimin qəbuluna yazılmaq istəyirsiniz?
    *Qəbula düşmənin əsas mövzusu
    *Soyad, ad və ata adınız
    *Təvəllüd
    E-poçt
    Telefon
    Ünvan
    Məzmun

    Şəkildəki simvolları daxil edin
    Göndər
    Axtar
    Təqvim üzrə axtarış
    Axtar
    Bütün arxiv
    © 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
    Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur